17 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040265 ISIN-li, 90 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 89.6046 (12%) manat və 97.2615 (7.4999%) manat olan 48 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.6645 (8.4%) manat, orta ölçülmüş qiyməti isə 95.9785 (8.2215%) manat müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 211,434,300 manat, yerləşdirilmiş həcmi isə 135,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 14.10.2025-ci ildir.

Hərrac iştirakçıları 18 oktyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.