12 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040232 ISIN-li, 80 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 26 investor tərəfindən qiymət intervalı 92.3864 (10%) manat və 97.8963  (7.8%) manat olan 59 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.4057(8.3798%) manat, orta ölçülmüş qiyməti 96.9739 (8.1574%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 212,250,300 manat, yerləşdirilmiş həcmi isə 120,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 8 sentyabr 2026-cı il.

Hərrac iştirakçıları 13 sentyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.