29 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040216 ISIN-li, 40 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 33 investor tərəfindən qiymət intervalı 83.3171 (14%) manat və 97.3800 (7.9995%) manat olan 74 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.4051 (8.38%) manat, orta ölçülmüş qiyməti 96.7159 (8.2582%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 198,840,500 manat, yerləşdirilmiş həcmi isə 60,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 25 avqust 2026-cı il.

Hərrac iştirakçıları 30 avqust 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.