13 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040141 ISIN-li, 50 mln. manat həcmində, 1820 gün tədavül müddətli kuponlu, dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 74.2881 (14.99%) manat və 94.8500 (8.7951%) manat olan 40 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 89.8058 (10.15%) manat, orta ölçülmüş qiyməti 91.4972 (9.6855%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 118,082,900 manat, yerləşdirilmiş həcmi isə 50,000,000 manat təşkil edilmişdir.

Hərrac iştirakçıları 14 iyun 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 6 iyun 2028-ci il.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.