30 may 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 50 mln. manat həcmində, 1092 gün (1057 qalıq gün) olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 83.3171 (14.3181%) manat və 98.1933 (7.9452%) manat olan 41 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.7232 (9.3189%) manat, orta ölçülmüş qiyməti 96.9226 (8.4411%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 82,994,400 manat, yerləşdirilmiş həcmi isə 45,263,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 21 aprel 2026-cı il.

Hərrac iştirakçıları 31 may 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.