23 may 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040133 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 86.4511 (14%) manat və 98.7100 (6.6999%) manat olan 45 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.6209 (7.3%) manat, orta ölçülmüş qiyməti isə 97.8210 (7.1891%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 133,661,200 manat, yerləşdirilmiş həcmi isə 45,000,000 manat təşkil edilmişdir.

Hərrac iştirakçıları 24 may 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 20 may 2025-ci ildir.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.