6 oktyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105019787 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 11 investor tərəfindən qiyməti intervalı 97.5355 (9.3800%) və 100.9128 (7.5000%) olan 15 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000  (8.0000%), orta ölçülmüş qiyməti 100.0270 (7.9851%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 79,689,000.00 manat yerləşdirilmiş həcmi isə 45 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  4 oktyabr 2022-ci  il.

Hərrac iştirakçıları 7 oktyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.