Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

5 may 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104005779 ISIN-li, 50 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 23 investor tərəfindən qiyməti intervalı 80,7308 AZN (24.00%) və 92,6300 AZN (8,00%) olan 37 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 90,5530 AZN (10.49%), orta ölçülmüş qiyməti 91,0440 AZN (9.89%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 93.018.400 AZN yerləşdirilmiş həcmi isə 16.602.000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  4 may 2021-ci  il.

Hərrac iştirakçıları 06 may 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.