19 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Uzunmüddətli İstiqrazları (DUİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Faizli, uzunmüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0110003925

Emissiya həcmi 

10 000 000 manat

Nominal dəyəri 

100 manat

İstiqrazların tədavül müddəti

2548  gün

Faiz ödənişləri (olduqda)

19 aprel  2022-ci il, 18 oktyabr 2022-ci il 18 aprel  2023-cü il,17oktyabr 2023-cü il 16 aprel  2024- cü il15oktyabr 2024-cü il
15 aprel  2025-ci il, 14 oktyabr 2025-ci il
14 aprel  2026-cı il, 13 oktyabr 2026-cı il
13 aprel  2027-ci il, 12 oktyabr 2027-ci il
11 aprel  2028-ci il, 10 oktyabr 2028-ci il

Faiz gəliri

7.5 %

Ödəmə tarixi

10.10.2028

Anderrayter

                 “PAŞA Kapital İŞ” QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.