4 avqust 2020-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0105014788

Emissiya həcmi 

20 000 000 AZN

Nominal dəyəri 

100 AZN

İstiqrazların tədavül müddəti

728  gün

Faiz ödənişləri (olduqda)

2 fevral 2021-ci il, 3 avqust 2021-ci il,
1 fevral 2022-ci il, 2 avqust 2022-ci il

Faiz gəliri

9 %

Ödəmə tarixi

02.08.2022

Anderrayter

Paşa Kapital İŞ

 QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 30%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.