Maliyyə Nazirliyinin 728 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

19 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040323 ISIN-li, 100 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 92.9072(9.7383%) manat və 99.3317  (6.11%) manat olan 34 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.3317 (6.11%) manat müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 166,410,100 manat, yerləşdirilmiş həcmi isə 100,672,700 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 16.12.2025-ci ildir.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.