19 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040240 ISIN-li, 90 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 24 investor tərəfindən qiymət intervalı 95.4892(8.5%) manat və 97.6200  (7.3005%) manat olan 49 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.0345(8.1898%) manat, orta ölçülmüş qiyməti isə 96.3006 (8.0392%) manat müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 198,073,300 manat, yerləşdirilmiş həcmi isə 135,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 16.09.2025-ci ildir.

Hərrac iştirakçıları 20 sentyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd:Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.