24 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030093 ISIN-li, 80 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 89.3382 (11.9999%) manat və 93.1450 (7.4%) manat olan 38 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6302 (7.9999%) manat, orta ölçülmüş qiyməti isə 92.7122 (7.9040%) manat olaraq müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 227,846,400 manat, yerləşdirilmiş həcmi isə 120,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 22.10.2024-cü ildir.

Hərrac iştirakçıları 25 oktyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd:Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.