5 iyun 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BFB-nin LMP iştirakçısı olan “Legion Financial” MMC -nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

12 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında “Legion Financial” MMC-nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.   

 Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

 

 Hərrac  tarixi

İllik faiz dərəcəsi

Ödəmə periodu

Tədavülmüddəti

AZ2001025462

Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar

500

(ədəd)

1,000 manat


12.06.2023

15 %

30 gündən bir

1800 təqvim günü

 

            






Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.