10 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kredaqro” BOKT MMC-nin ümumi dəyəri 500 000 (beş yüz min) manat olan AZ2005009165 ISIN-li və ümumi dəyəri 500 000 (beş yüz min) manat olan AZ2004009166 ISIN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

12 oktyabr 2023-cü il tarixində “Kredaqro” BOKT MMC istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

Ticarətə buraxlma tarixi

İllik faiz dərəcəsi

Tədavül müddəti

Kupon faizlərinin ödəniş müddəti

AZ2005009165

Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar

5,000

(ədəd)

100 manat

12.10.2023

14%

24 ay

dövri olaraq rübdə (90 gün) bir dəfə

AZ2004009166

Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar

5,000

(ədəd)

100 manat

12.10.2023

14%

24 ay

dövri olaraq rübdə (90 gün) bir dəfə











Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.