12 oktyabr, 2023-cü il tarixində Bakı Fond Birjasında “Kredaqro” BOKT MMC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 100 manat olan AZ2004009166 dövlət qeydiyyat nömrəli, 500,000 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 14 % , faiz ödəniş dövrü isə 90 gün təşkil edir.

Hərrac qiyməti 100 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 500,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500,000 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.