Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2052008680 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin

(ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 7 dekabr 2021-ci il tarixində AZ2052008680 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 7 dekabr 2021-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 970.82 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 970.82 manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2052008680 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 970.82 manat olması nəzərə alınmalıdır.