Bakı Fond Birjasının 2021-2023-cü illər üzrə strateji prioritetini ticarət dövriyyəsində üstünlüyün korporativ qiymətli kağızlar bazarına yönləndirilməsi müəyyən edilmiş və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.

Əlaqəli olaraq, 20 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və investisiya şirkətlərinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən KOB İnkişaf Mərkəzində "İnvestisiya səyahəti" təşkil olunacaqdır.