“İnternational” BOKT ASC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olmuşdur

12 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “İnternational” BOKT ASC-nin ümumi dəyəri 2,000,000 (iki milyon) manat olan AZ2007021028 ISIN-li və ümumi dəyəri 1,000,000 (bir milyon) manat olan AZ2006021029 ISIN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

İllik faiz dərəcəsi

Tədavül müddəti

Kupon faizlərinin ödəniş müddəti

AZ2007021028

Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar

20,000

(ədəd)

100 manat

13%

18 ay

hər 90 gündən bir

AZ2006021029

Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar

1,000

(ədəd)

1,000

manat

18%

60 ay

hər 30 gündən bir

 









İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.