“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

7 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin AZ2016020284, AZ2015020285, AZ2014020286 dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 600,000 (altı yüz min) həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının hər birinin tədavül müddəti 5 il (1 il-360 gün) təqvim günü, nominal dəyəri 1,000 manat olan, yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hər bir hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazların illik faiz dərəcəsi 12%, faiz ödəniş dövrü isə hər ayda (1 ay -30 gün) bir dəfə təşkil edir.

Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 600,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 600,000 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.