“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

29 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

11 mart 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir

Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

İllik faiz dərəcəsi

Ödəmə periodu

Tədavül

müddəti

AZ2017020283

Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar

500

(ədəd)

1,000 manat

12%

Hər ayda (1 ay -30 gün) bir dəfə

5 il

 

   




 

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.