“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emitentin uzunmüddətli defolt reytinqi üzrə proqnozunu "Neqativ"dən "Sabit"ə dəyişib.

SOCAR-ın qorunmayan reytinqini isə “BB+” səviyyədə saxlayıb.

Reytinqdəki dəyişiklik əsasən, Azərbaycanın suveren reytinq proqnozunun BB+/”Sabit” səviyyədə təsdiq edilməsi ilə bağlıdır. Reytinq agentliyi əsaslandırıcı amillər sırasında SOCAR-ın tam dövlət mülkiyyətində olan şirkət olmasını, dövlət tərəfindən şirkətə maliyyə zəmanətləri, vəsait ayırmaları və nizamnamə kapitalının artırılması şəklində dəstəyin davam etdirildiyini, həmçinin SOCAR-ın sosial funksiyalarını və milli neft-qaz sənayesinin inkişafında dövlətin əsas iqtisadi-sənaye aləti olduğunu xüsusilə qeyd edib və şirkətin reytinqini dövlət reytinqinə bərabərləşdirib.