Finex Kredit" Bank Olmayan Kredit təşkilatı 2020-ci ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb. 1 aprel 2020-ci il vəziyyətinə BOKT-nın aktivləri 9 668 800 manat, kredit portfeli 7 321 109 manat təşkil etmişdir. Cəmiyyət birinci rübü 106 800 manat mənfəətlə başa vurmuşdur.

Cari ilin birinci rübündə "Finex Kredit" BOKT ASC-nin 3 illik İnkişaf Strategiyasınln icrası ilə bağll əməliyyat planı üzrə də işlər aparılmışdır.