Bakı Fond Birjasının rəsmi internet səhifəsində qiymətli kağızların buraxılışı və listinqdə saxlanılma xərclərinin hesablanması üzrə Emitentin Kalkulyatoru istifadəyə verildi.

Emitentin kalkulyatoru vasitəsilə  Birjada və Birjadankənar olmaqla qiymətli kağızın buraxılışı zamanı və onların tədavüldə qaldığı müddətdə yaranan xərclərin hesablanması nəzərdə tutulmuşdur.

Əlavə olaraq, qiymətli kağızların buraxılışı zamanı və həmin qiymətli kağızların dövriyyədə qaldığı müddət ərzində yaranan xərclər buraxılış növləri üzrə müqayisəli şəkildə əks etdirilir.

Hesablamanın düzgün aparılması üçün aşağıdakı xanalara dəyərlərin daxil edilməsi vacibdir:

Qiymətli kağızın növü, buraxılış həcmi, listinqdə saxlanılma müddəti, bazar seqmenti

Emitentin Kalkulyatoru bölməsi bfb.az saytının Listinq bölməsində yerləşdirilmişdir. Qeyd olunmuş linkdən keçid edə bilərsiniz:  https://www.bfb.az/az/emitentin-kalkulyatoru