“CFA Society Istanbul”, “CFA Institute” və “Bakı Fond Birjası” arasında əməkdaşlığa dair memorandum imzalanıb

4 mart 2024-cü il tarixində CFA Society Istanbul, CFA Institute ilə Bakı Fond Birjası arasında işbirliyinə dair memorandum imzalanıb.

Sənədi CFA Society Istanbul-un prezidenti Alper Alkan və Bakı Fond Birjası”-nın İdarə Heyətinin sədri Ruslan Xəlilov imzalayıblar.

Anlaşmanın əsas məqsədi “CFA Society Istanbul”, “CFA Institute” və “Bakı Fond Birjası” arasında əməkdaşlıq platforması yaradaraq maliyyə sektorunda təcrübə, təlim və bilik mübadiləsini təşviq etməkdir.

"Biz “CFA Society Istanbul”, “CFA Institute” kimi mühüm təşkilatlarla əməkdaşlıq etməkdən çox məmnunuq. Bu əməkdaşlıq Türkiyə və Azərbaycanın maliyyə və kapital bazarlarının inkişafına töhfə verəcək", - deyə “Bakı Fond Birjası”nın İdarə Heyətinin sədri Ruslan Xəlilov anlaşmanın əhəmiyətini vurğulayaraq bildirib.

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində tərəflər maliyyə sektorunda peşəkar kadrlar bazasının yaradılması, inkişaf və təlim proqramları, qabaqçıl təcrübələri dəstəkləmək üçün birgə fəaliyyət həyata keçirməyi planlayırlar.