12 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bank “BTB” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 13 mart 2024-cü il tarixində Bank “BTB” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır. Səhmlər üzrə yerləşdirmə 14-19 mart tarixləri aralığında keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İ.Ş” ASC

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

Səhmlərin növü və forması

Səhmlərin Sayı

Nominal Dəyəri

 

Yerləşdirmə  Forması

 

Yerləşdirmə

Tarixi

 

 

Anderrayter

 

AZ1001009443

Adi adlı  sənədsiz  səhm

5000

(ədəd)

1000

manat

Abunə yazılışı üsulu

14.03.2024-15.03.2024 (üstünlük hüququ)

18.03.2024-19.03.2024  (kütləvi)

“Assist Finance İ.Ş” ASC