BOKT"Viator Mikro Kredit Azərbaycan" MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

25 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT "Viator Mikro Kredit Azərbaycan" MMC-nin tədavül müddəti 540 gün, nominal dəyəri 1000 manat olan AZ2006021532 dövlət qeydiyyat nömrəli, 500,000 (beş yüz min) manat həcmində, faizli, təmin  edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 9 investor tərəfindən 1000 manat qiyməti ilə 9 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 14 %, faiz ödəniş dövrü isə 90 gün təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 500,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 18.07.2025-ci ildir.

Yerləşdirmə üzrə anderrayter “CPM Invest Investisiya Şirkəti” ASC-dir.