22 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Embafinans" QSC-nin ümumi dəyəri 1,500,000 (bir milyon beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

1 mart 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT "Embafinans" QSC-nin  istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

İllik faiz dərəcəsi

Tədavül müddəti

Kupon faizlərinin ödəniş müddəti

AZ2012020601

Faizli təmin edilməmiş sənədsiz adlı

1500

(ədəd)

1,000 manat

11,5%

18 ay

Hər 3 təqvim (bir ay 30 gün olduğunu qəbul etmək şərti ilə) aydan bir

    





 Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.