14 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Boa Agency" ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilmişdir.

Bildirmək istərdik ki, “Boa Agency" ASC-nin “Bakı Fond Birjasi” QSC-də “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması,  delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.5-ci bəndinin tələblərinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200.000 (iki yüz min) manata çatdırılmasını üzərinə götürür.

29 mart 2024-cü il tarixində “Boa Agency" ASC-nin ümumi dəyəri 110 000 (yüz on min) manat olan səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

Səhmlərin növü və forması

Səhmlərin Sayı

Nominal Dəyəri

 

Yerləşdirmə  Forması

 

Yerləşdirmə

Tarixi

 

 

Anderrayter

 

AZ1001025407

Adi adlı  sənədsiz  səhm

110 000

(ədəd)

1

manat

Abunə yazılışı üsulu

29.03.2024

“Unicapital İ.Ş” ASC