Beynəlxalq kredit reytinqi agentliyi Moody's Investors Service ("Moody's")"Bank Respublika" ASC-nin reytinqləri ilə bağlı qərar qəbul edib

"Moody's" "Bank Respublika" ASC-nin yerli və xarici valyutada bank depozitləri üzrə uzunmüddətli reytinqini "B3"dən "B2"yə yüksəldib və bu reytinq üzrə proqnozu "müsbət"dən "sabit"ə dəyişib. Eyni zamanda, Moody's "Bank Respublika" kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (Baseline Credit Assessments) üzrə reytinqini "b3"dən "b2"yə yüksəldib.