Bakı Fond Birjasında "Legion Financial” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

16 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə  "Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.

26 fevral 2024-cü il tarixində "Legion Financial” ASC -nin ümumi dəyəri 95 000 (doxsan beş min) manat olan səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.

Yerləşdirmə üzrə anderrayter "Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

Səhmlərin növü və forması

Səhmlərin sayı

Nominal Dəyəri

 

Yerləşdirmə  forması

 

Anderrayter

 

AZ1001025464

Adi adlı  sənədsiz  səhm

950

(ədəd)

100

manat

Abunə yazılışı üsulu

 "Assist Finance İnvestisiya Şirkəti” ASC