30 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “Kredaqro” MMC-nin tədavül müddəti 18 ay olan AZ2002009168 dövlət qeydiyyat nömrəli, 500 000 manat həcmində, faizli, təmin edilmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 11 investor tərəfindən 11 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 11%, faiz ödənişləri isə hər 90 gündə bir dəfə olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 500 000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500 000 manat təşkil etmişdir. İstiqrazların ödəmə tarixi 29.02.2024-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.