19 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında BOKT “INTERNATIONAL” ASC-nin AZ1001021026 dövlət qeydiyyat nömrəli 3,000,000 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.

Abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 1000 manat qiymətindən 1 sifariş təqdim edilmişdir.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 3,000,000  manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 3,000,000 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.