4 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “İnkişaf üçün maliyyə” MMC-nin tədavül müddəti 2 il olan AZ2001024820 dövlət qeydiyyat nömrəli, 1,000,000.00 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 10 investor tərəfindən 100 manat (12%) qiymətindən 10 sifariş təqdim edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 12%, faiz ödənişləri isə hər 30 gündə bir dəfə olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000.00 manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,000,000.00 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 04.08.2024-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.