13 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ümumi dəyəri 50,000,000 (əlli milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

23 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin ümumi dəyəri 50,000,000 (əlli milyon) ABŞ dolları olan istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

İllik faiz dərəcəsi


Yerləşdirmə tarixi

Tədavül müddəti

Kupon faizlərinin ödəniş müddəti

AZ2002019340

Faizli, təmin edilməmiş, sənədsiz adlı

50,000

(ədəd)

1,000

ABŞ dolları

6 %


23.02.2024

5 il

İldə iki dəfə (6 aydan bir olmaqla)