15 iyul 2021-ci il tarixində Bakı Fond Birjası (BFB) KİV nümayəndələri ilə onlayn konfrans keçirmişdir. İki hissədən ibarət olan konfransın birinci hissəsi kapital bazarları ilə bağlı sertfikatlı təlim, ikinci hissəsi isə BFB-nin yarımillik hesabatının təqdimatı olmuşdur.

Görüşün əsas məqsədi KİV nümayəndələrinin birja fəaliyyəti və yerli kapital bazarları ilə bağlı savadlılığını artırmaq və bununla da, kapital bazarları ilə bağlı məlumatların ictimaiyyətə düzgün və şəffaf formada çatdırılmasına nail olmaqdır.

Eyni zamanda, BFB 2021-ci ilin birinci yarım ili üzrə hesabatının təqdimatını gerçəkləşdirmişdir. Hesabatda ilk 6 ay ərzində görülmüş işlər, mühüm hadisələr və ticarət göstəriciləri əks olunmuşdur. İnteraktiv formada keçirilən onlayn görüşün sonunda birja nümayəndələri tərəfindən KİV nümayəndələrinin sualları cavablandırılmışdır.