Bakı Fond Birjası “Azərbaycanda İlin Ən Dayanıqlı Bazar Göstəricisi” mükafatına layiq görüldü

“ Bakı Fond Birjası” QSC Sinqapurun “Gazet International Magazine” jurnalının cari il üzrə araşdırmasına əsasən “Azərbaycanda Ən Dayanıqlı Bazar Göstəricisi” mükafatına layiq görüldü.

Qeyd edək ki, “Gazet International Magazine” jurnalının mükafatlandırma mərasimləri 2021-ci ildən etibarən hər il keçirilir. Ümumilikdə 94 qalibin seçildiyi tədbirdə Azərbaycandan yalnız Bakı Fond Birjası bu siyahıda yer alıb.