11 aprel 2023-cü il tarixində Azərbaycanda Amerika Ticarət Palatasının Bank, Maliyyə və Sığorta komitəsinin “Amcham Banking, Finance and Insurance Committee” təşkilatçılığı ilə “Kapital bazarları: Azərbaycanda investisiya xidmətləri və imkanları” mövzusunda tədbir baş tutmuşdur.

Tədbirdə Bakı Fond Birjasının əməkdaşları Azərbaycanda mütəşəkkil kapital bazarı, investisiya imkanları və yerli bazar alətləri haqqında təqdimatla çıxış etmişdir.