Bakı Fond Birjası ADA-da “Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq” mövzusunda təqdimatla çıxış etmişdir

25 noyabr 2023-cü il tarixində “Bakı Fond Birjası” (BFB) ADA universitetində “Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq” mövzusunda təqdimatla çıxış etmişdir.

BFB-dən Biznesin İnkişafı qrupunun baş mütəxəssisi  Fərid Abbaszadə geniş təqdimatla çıxış etmişdir. Təqdimatlarda iştirakçılara kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilmişdir.. Mövzular tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır.

Təlimlərin keçirilməsində məqsəd tələbələrə Azərbaycanda investor düşüncə tərzinin formalaşdırılması, kapital bazarlarının təşviqi, kapital bazarlarına yönəlik gənc mütəxəssislərin hazırlanmasıdır.