25 aprel 2024-cü il tarixində “Bakı Fond Birjası” (BFB) üzv olan investisiya şirkətlərinə və tərəfdaşlarına “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı” nı təqdim edib.

“Bakı Fond Birjası”nın İdarə Heyətinin sədri Ruslan Xəlilov şirkətin strateji vizyonu və hədəfləri, gələcək planları, həmçinin növbəti üç il üçün nəzərdə tutulan əsas strateji inkişaf təşəbbüsləri haqqında ətraflı məlumat verib.

Strategiya çərçivəsində kapital bazarlarının inkişaf etdirilməsi, “Bakı Fond Birjası”nın fəaliyyətlərinin şəffaflıq, əməkdaşlıq və davamlılıq prinsipləri ilə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulur.

Bu təqdimatın əsas məqsədi “Bakı Fond Birjası” və onun tərəfdaşları arasında əməkdaşlığı gücləndirərək kapital bazarlarının inkişafına birgə töhvə verməkdir.

Tədbirin sonunda sual-cavab sessiyası keçirilib, BFB-nın üzv və tərəfdaşlarının təklifləri dinlənilib və fikir mübadiləsi aparılıb.