“AzFinance İnvestisiya Şirkəti” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

28 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “AzFinance İnvestisiya Şirkəti” QSC-nin tədavül müddəti 366 gün (1 il), nominal dəyəri 1,000 ABŞ dolları olan AZ2004019710 dövlət qeydiyyat nömrəli 1,000,000 (bir milyon) ABŞ dolları həcmində olan, diskontlu, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə rəqabətli hərrac yekunlaşmışdır.

Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000 ABŞ dolları təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,000,000 ABŞ dolları təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların ödəmə tarixi 28.07.2024-cü ildir.