24 may 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2089024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 9938.1625 (8 %) manat və 9943.6197 (7.29%) manat olan 13 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 32,800,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9938.2400 (7.99%) manat, orta ölçülmüş qiyməti isə 9940.1773 (7.74%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.  

Notların ödəmə tarixi 21.06.2023-cü ildir.