21 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2105024700 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9,940.5445 (7.69%) manat və 9,954.3978 (5.89%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 33,430,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 9,954.3978 (5.89%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil etmişdir.  

Notların ödəmə tarixi 19.07.2023-cü ildir.