20 aprel 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2072024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9376.4651 (9.5%) manat və 9482.2682 (7.8%) manat olan 12 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 34,210,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9407.3377 (9%) manat, orta ölçülmüş qiyməti isə 9439.4163 (8.48%) manat  olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 28.12.2023-cü ildir.