20 aprel 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2071024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9618.4675 (8.5%) manat və 9684.1045  (6.99%) manat olan 15 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36,810,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9623.2189 (8.39%) manat, orta ölçülmüş qiyməti isə 9648.7258 (7.8%) manat  olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 05.10.2023-cü ildir.