8 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2048024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 95.7763 (6.3%) manat və 96.1955 (5.65%) manat olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 37 080 100 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 95.9693 (6 %) manat və orta ölçülmüş qiyməti    96.0076 (5.94%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 17.08.2023-cü ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.