27 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2023024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 97.2762 (6 %) manat və 98.0558  (4.25%) manat olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 64,842,400 manat olmuşdur. 

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti  98.0104 (4.35%) və orta ölçülmüş qiyməti  98.0256 (4.32%) manat olaraq müəyyən edilmişdir. 

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 13.04.2023-cü ildir 

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.