26 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2022024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 11 investor tərəfindən qiymət intervalı 98.9611 (4.5%) manat və 99.0753 (4%) manat olan 17 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 60,174,600 manat olmuşdur. 

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.0638 (4.05%) manat, orta ölçülmüş qiyməti isə 99.0732 (4.01%) manat  olaraq müəyyən edilmişdir. 

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 18.01.2023-cü ildir. 

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.