25,26 oktyabr 2023-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti (gün)

       ISIN

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)

 

 Nomi nal

Miqdar

Notun ödəniş  tarixi

168

AZ2178024702
25.10.2023

20.000.000

10.000

2.000

10.04.2024

252

AZ2179024701
26.10.2023

20.000.000

10.000

2.000

04.07.2024

Hərracda yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar iştirak edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.