23,24,25 avqust 2023-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti (gün)

       ISIN

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)

 

 Nomi nal

Miqdar

Notun ödəniş  tarixi

7

AZ2139024700
25.08.2023

30.000.000

10.000

3.000

01.09.2023

28

AZ2140024707
23.08.2023

20.000.000

10.000

2.000

20.09.2023

84

AZ2141024706
24.08.2023

20.000.000

10.000

2.000

16.11.2023

168

AZ2142024705
23.08.2023

20.000.000

10.000

2.000

07.02.2024

252

AZ2143024704
24.08.2023

20.000.000

10.000

2.000

02.05.2024

Hərracda yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar iştirak edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.

7 günlük not hərracında sifarişlər 9982,5403-9985,4282 qiymət intervalında təqdim edilə bilər.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.